Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçiriləcək.

Premyer Liqa:
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçiriləcək.

meqale.com report-a istinadən xəbər verir ki, "Turan Tovuz" "Zirə"ni qəbul edəcək.

Tovuz şəhər stadionundakı qarşılaşma saat 18:00-da start götürəcək. Matçın baş hakimi FIFA referisi Elçin Məsiyev olacaq.

Tovuz klubu 16 xalla 8-ci, paytaxt təmsilçisi 29 xalla 2-ci pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

XVII tur