Premyer Liqanın “Əjdaha” futbolçuları

Qarşıdan gələn 2024-cü il Şərq təqvimində Əjdaha ili kimi tanınır.

Premyer Liqanın “Əjdaha” futbolçuları
Qarşıdan gələn 2024-cü il Şərq təqvimində Əjdaha ili kimi tanınır.

İdman.biz xəbər verir ki, bu nəhəng canlının təcəssüm etdiyi illərdə anadan olan 19 futbolçu Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısında iştirak edib.

Bu oyunçulardan biri gələn il 36, digərləri 24 yaşını qeyd edəcək. Üçüncü dəfə əjdaha ilini görəcək veteran Vurğun Hüseynovdur.

Premyer Liqa klublarından 8-nin heyətində əjdaha ilində anadan olan futbolçu var. "Kəpəz", "Sabah" və "Zirə"də belə oyunçular daha çoxdur - hərəsində 4 futbolçu. Yalnız iki klubda "əjdaha" yoxdur. Bunlar "Turan Tovuz"la "Səbail""dir.

"Kəpəz" - 4