Prezident: Azərbaycan qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi sübut edib

"Şahdəniz" layihəsi qaza olan qıtlığı aradan qaldırdı.

Prezident: Azərbaycan qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi sübut edib
"Şahdəniz" layihəsi qaza olan qıtlığı aradan qaldırdı.

meqale.com AZƏRTAC-a istinadən bildirir ki,  bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılış mərasimindəki çıxışında deyib.

Bu gün Azərbaycanın qaz ixracının artdığını vurğulayan dövlətimizin başçısı qeyd edib: "Bizim ixracımız 24 milyard kubmetrdən artıq olacaq. Bu gün 8 ölkə Azərbaycan qazını idxal edir. Azərbaycan qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi artıq sübut edib".

meqale.com