Prezident elan etdi: rekord miqdarda kokain...

Boliviyanın hüquq-mühafizə orqanları ölkə tarixində ən böyük miqdarda - 8,7 ton kokaini müsadirə edib.

Prezident elan etdi: rekord miqdarda kokain...
Boliviyanın hüquq-mühafizə orqanları ölkə tarixində ən böyük miqdarda - 8,7 ton kokaini müsadirə edib.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Boliviya Prezidenti Luis Arse X sosial şəbəkə hesabında məlumat verib.

"Biz Boliviya xalqına və beynəlxalq ictimaiyyətə bildiririk ki, Niderlanda göndəriləcək 8,7 ton kokaini müsadirə etdik", - dövlət başçısı yazıb.

Onun qeyd etdiyinə görə, bu, Boliviya tarixində ən böyük narkotik müsadirəsidir.

Boliviya Prezidentinin sözlərinə görə, ələ keçirilən yükün dəyəri 526 milyon dollar qiymətləndirilir.