Prezident seçkiləri şəffaf, azad və ədalətli şəkildə keçdi - Qoşulmama Hərəkatının Gənclər Təşkilatı

Azərbaycanda Prezident seçkiləri şəffaf, azad və ədalətli şəkildə keçdi.

Prezident seçkiləri şəffaf, azad və ədalətli şəkildə keçdi - Qoşulmama Hərəkatının Gənclər Təşkilatı
Azərbaycanda Prezident seçkiləri şəffaf, azad və ədalətli şəkildə keçdi.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə mətbuat konfransı zamanı Qoşulmama Hərəkatının Gənclər Təşkilatının bəyanatında bildirilib.

"Qoşulmama Hərəkatının Gənclər Təşkilatı 2024-cü il keçirilən seçkilərdə müşahidə statusuna layiq görülüb. Müşahidə missiyamıza bir çox respulikanın təmsilçiləri qatılıb. Bakıda müxtəlif qruplara bölünərək, bir çox məntəqələrdə müşahidələr aparmışıq. Seçkilər açıq, şəffaf, azad və ədalətli aparılıb. Gedəcəyimiz yerləri də özümüz seçdik, heç kim müdaxilə etmədi.", - deyə bildirilib.

Bəyanatda qeyd edilib ki, Qoşulmama Hərəkatının Gənclər Təşkilatı seçkilərdə seçici fəallığının yüksək olmasını təqdir edir və alqışlayır.

"Qoşulmama Hərəkatının Gənclər Təşkilatı İlk dəfə seçkilərdə müşahidəçi qismində iştirak etdi. Məncə biz dünyada birinci gənclər təşkilatıyıq ki, müşahidəçi qismində prezident seçkilərində iştirak etmişik. Bu da onu göstərir ki, Azərbaycan gənclərin dünyanln inkişafında roluna yüksək əhəmiyyət verir", - deyə bəyanatda qeyd edilib.

Qeyd edək ki, ABŞ-nin "Oracle Advisory Group" təşkilatı dünən Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərinin "exit-poll" nəticələrini elan edib. Təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.

Sosioloji Tədqiqatlar Mərkəzi də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin "exit-poll" nəticələrini elan edib. Mərkəzin məlumatında bildirib ki, seçicilərin 92,4 faizi İlham Əliyevə səs verib.

"Rəy" Monitorinq Mərkəzi Azərbaycanda növbədənkənar Prezident seçkilərinin "exit-poll" nəticələrinə əsasən isə seçicilərin 92.6 faizi İlham Əliyevə səs verib.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası Azərbaycanda növbədənkənar Prezident seçkilərinin ilkin nəticələrini də elan edib. İlkin olaraq 54,47% bülleten hesablanıb və nəticələrə görə İlham Əliyev 92,1% səs toplayıb.

Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin növbəti nəticələri də Mərkəzi Seçki Komissiyası tərəfindən elan olunub.

MSK sədri Məzahir Pənahov 7 fevral növbədənkənar prezident seçkilərinin yekunlarına həsr olunan tədbirdə məlumat verib ki, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.

Əlavə edək ki, ötən gün - 7 fevral Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.