Prezident seçkiləri tam şəffaf şəkildə keçdi - Ərəb parlamentinin rəhbəri

Azərbaycanda Prezident seçkiləri tam şəffaf şəkildə baş tutdu.

Prezident seçkiləri tam şəffaf şəkildə keçdi - Ərəb parlamentinin rəhbəri
Azərbaycanda Prezident seçkiləri tam şəffaf şəkildə baş tutdu.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu mətbuat konfransı zamanı Ərəb parlamentinin prezidenti Adel Əbdülrəhman Muhammed Al Asumi deyib.

"Biz Ərəb parlamenti olaraq beynəxalq müşahidəçi qismində bir çox seçkilərdə iştirak etmişik. İstər prezident, istər parlament, istər referendumlar. Ərəb parlamenti beynəlxalq müşahidəçi qismində seçkilərdə aktiv iştirak edir", - deyə o bildirib.

Ərəb parlamenti Azərbaycanı uğurlu Prezident seçkilərinə görə təbrik edib.

"Seçkilər çərçivəsində bir neçə məntəqədə olduq. Hamısında çox müsbət aktivlik müşahidə etdik. Seçicilərin iradəsinə müdaxilə kimi qiymətləndiriləcək heç bir hal baş verməyib. Hər bir seçici iradə azadlığı ilə seçkidə iştirak edirdi. Seçkilər tam şəffaf şəkildə keçdi. Ərəb parlamenti olaraq bunu alqışlayırıq", - deyə o bildirib.