Prezidentdən Səməd Seyidovla bağlı sərəncam
Səməd Seyidov "Şöhrət" ordeni ilə təltif edilib.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Səməd İsmayıl oğlu Seyidov "Şöhrət" ordeni ilə təltif olunub. meqale.com