Prokurorluq hərəkətə keçdi - saxta plastik cərrahlar hədəfdə

Ötən ay Azərbaycanda 50-ə yaxın saxta plastik cərrahın olması ilə bağlı xəbərlər yayılmışdı. Belə ki, ABŞ-də yaşayan Qənirə Ataşova sosial şəbəkə hesabında saxta plastik cərrah olduğu iddia edilən 50 nəfərin adını paylaşmış, bundan sonra həmin şəxslər və müəssisələrlə bağlı hüquq-mühafizə orqanları və Səhiyyə Nazirliyi tərəfindən araşdırmalara başlanmışdı.

meqale.com xəbər verir ki, Baş Prokorurluğun mətbuat xidmətinin rəisi Saleh Hacıyev məsələyə münasibət bildirib.

O qeyd edib ki, burada problemin mahiyyəti təkcə gözəllik axtarışında olan vətəndaşların hüquqlarının pozulması, onların sağlamlığına hərhansı xəsarət yetirilməsi ilə yekunlaşmır.

"Burada ölkənin tibb sisteminin bütövlüyünün təmin olunması, cəmiyyətimizin sağlamlığının qorunması ilə bağlı təhdidlərlə üzləşirik. Bu sahədə prokurorluq orqanları tərəfindən mütəmadi olaraq işlər aparılır. Vaxtaşırı da bununla bağlı mediada ictimaiyyətə məlumatlar verilir. Qənirə xanımın qeyd etdiyi siyahı açıqlanmamışdan qabaq artıq may ayında prokurorluq orqanları tərəfindən geniş araşdırma aparılmışdı. Araşdırmalarda Səhiyyə Nazirliyi də yaxından iştirak etmişdi. Araşdırmalar zamanı bir neçə istiqamətlər üzrə pozuntular aşkar olunmuşdu", - mətbuat katibi İTV-nin efirində deyib.

S.Hacıyevin sözlərinə görə, ilkin olaraq müəyyən olunub ki, müvafiq tibb təhsili olmayan şəxslər tərəfindən plastik əməliyatlar icra olunur: