Psixoloq: “Səsverməyə ilk dəfə qatılan gənclər üçün 7 fevral seçkisi..."

"Gənclərin səsvermə hüququndan ilk dəfə istifadə etmələri onlarda özünəinamı artırır, şəxsini yetkin insanların sırasında görmək duyğusu xoş emosiyalar formalaşdırır. Böyüklər kimi davrana bilmək, eyni hüquqlara malik olduğunu hiss etmək düşüncəsi onların gələcəyə yönəlik fəaliyyətlərini stimullaşdırır. Bu baxımdan 7 fevral seçkilərini ilk dəfə səsvermə hüququ qazanmış gənclərin ölkənin siyasi həyatında uğurlu təmsilçiliyinin başlanğıcı kimi də təqdim edə bilərik". meqale.com Secki-2024.az-a istinadən xəbər verir ki, bunu tanınmış psixoloq Aygün Cəfərova deyib.

Psixoloq: “Səsverməyə ilk dəfə qatılan gənclər üçün 7 fevral seçkisi...
"Gənclərin səsvermə hüququndan ilk dəfə istifadə etmələri onlarda özünəinamı artırır, şəxsini yetkin insanların sırasında görmək duyğusu xoş emosiyalar formalaşdırır. Böyüklər kimi davrana bilmək, eyni hüquqlara malik olduğunu hiss etmək düşüncəsi onların gələcəyə yönəlik fəaliyyətlərini stimullaşdırır. Bu baxımdan 7 fevral seçkilərini ilk dəfə səsvermə hüququ qazanmış gənclərin ölkənin siyasi həyatında uğurlu təmsilçiliyinin başlanğıcı kimi də təqdim edə bilərik". meqale.com Secki-2024.az-a istinadən xəbər verir ki, bunu tanınmış psixoloq Aygün Cəfərova deyib.

O bildirib ki, seçki prosesi gənclərin siyasi fəaliyyət barədə ailədə eşitdiklərini, məktəbdə oxuyub öyrəndiklərini, cəmiyyətdə gördüklərini ümumiləşdirib yekunlaşdırır: "Nəzəri baxımdan öyrəndiklərini ilk dəfə təcrübədə tətbiq edirlər. Bəllidir ki, gənclərin şəxsiyyət kimi formalaşmasına təsir edən amillər öncə ailədən, sonra məktəbdən, daha sonra cəmiyyətdən başlayır. Hər üç komponentin normal olması gəncin sağlam şəxsiyyət kimi formalaşmasını şərtləndirir. Seçkidə səsvermə prosesinə qatılmaq gənclərimizin cəmiyyət həyatında qoşulduqları ən uğurlu platformadır. Dəyərləndiriləsi haldır ki, 7 fevral seçkiləri gənclərimizə bu prosesdə  yüksək səviyyədə iştirak etmək üçün şans yaradır. Səsverməyə qatılan gənclər səslərinin faydalı olduğunu görürlər və özlərini tamamlanmış hiss edirlər. Bu, onları ölkəmizin inkişafına dəstək vermək üçün stimullaşdırır. Seçkilərdə iştirak etmək gənclərdə vətənpərvərlik duyğularının artması baxımından çox faydalıdır".