Puçluğa gedən yol - Seçimi özləri etdilər

Qarabağlı ermənilərin köçü davam edir.

Puçluğa gedən yol - Seçimi özləri etdilər
Qarabağlı ermənilərin köçü davam edir.

Ermənistana qaçırlar. Əllərinə keçəni götürüb gedirlər.

Hara gedirlər? Ermənistanamı?

Düşünmürəm.

Onların yolu əzaba, çətinliklərə, məşəqqətlərə, ümidsizliyə, yoxluğa, puçluğadır. Nə etsələr də, harada olsalar da, necə yaşasalar da, onlar natamam olacaqlar.

30 il əvvəl 1 milyona yaxın soydaşımız didərgin salınmışdı. Əziyyətlə, məşəqqətlə, işgəncələrlə.

Atanı qızının, oğulu ananın, nənəni nəvənin gözləri qarşısında öldürmüşdülər. Yandırmışdılar, güllələmişdilər, şaqqalamışdılar. Körpə azərbaycanlı cocuqların başlarını kəsib futbol oynamışdılar. Südəmər çağaları göyə atıb süngüdən keçirmişdilər.

Daha nələr, nələr, nələr etmişdilər - yazmıram, əzabdır yazmaq. İndi köçürlər.

Getsinlər. Yaxşı yol.

Qayıdışlarını gözləyirikmi? Yox. Darıxacağıqmı? Yox. Mane oluruqmu getmələrinə? Yox.

Özləri seçim ediblər. Qalmağı, ya getməyi.

Necə ki, 30 il əvvəl seçim etmişdilər - insanlıqla vəhşilik, şəfqətlə cəlladlıq arasında. Himməti yox, zülməti seçdilər onda.

Və unutdular...

Unutdular ki, dünyada heç nə itmir - yaxşılıq da, yamanlıq da.

Uşağın qarşısında atasını öldürə bilərsən - amma o uşaq atasının qanlı izləri ilə dönəcək, o qanı tökənin izini siləcək.

Ananı gözüyaşlı, balasız qoymaq olar - amma o ananın qisasını anaların anası Vətən alacaq.

Gözüyaşlı, ayağıyalın, soyuqdan əsən, qorxudan donub qalmış o uşaqlar böyüdülər - nisgilləri, dərdləri, qəzəbləri boyda oldular.

Zaman belədir, atam balası - qəzan nədirsə, qədərin odur.

Batmanla dərddən əyilməyən siqlət yiyələri o yükdə güllə ilə suladılar namussuzluq və şərəfsizliyin qurudub cadar etdiyi düşmən vücudlarını.

Biz torpaq uğrunda vuruşmadıq, gözüm nuru.

Davamız torpaq, kənd, şəhər сəngi deyildi.

Biz torpaqdan, daşdan, dəmirdən, oddan, sudan ötə dəyərlər uğrunda vuruşduq.

Əşhədü inna iləha iləllah! Şəhadət gətirirəm ki, Allahdan başqa Allah yoxdur!

Şəhadətə vardılar ki, Vətəndən savayı Vətən olmadığını desinlər.

Biz gəldik, Ana.

Çünki Vətən səhhət misalı - itirəndə ağrıyırsan.

Çünki Vətən qılıncın çörəyidir, atam balası.

30 il ağrıdıq, qıvrıldıq, sağalmadıq, Vətən.

30 il həsrətlə gözlədin bizi.

Torpağının altında da, üstündə də bizik.

Havasında hənirimiz, səmasında şəhadət bağlarındakı bizlərin ruhları...

O ruhların mehi bizləri təmizlədi, pak etdi, gözum nuru.

Vətən, sən nə yaxşısan, anam mənim...

Elçin Alıoğlu meqale.com