"Pul müharibənin gedişatını dəyişməyəcək" - Peskov
Qərbin Ukraynaya yardım üçün əlavə vəsait ayırması xüsusi əməliyyatın gedişatını dəyişməyəcək.
meqale.com "Unikal"-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
"Bu pul xüsusi hərbi əməliyyatda hadisələrin gedişatını dəyişə bilməz ", - Peskov aydınlıq gətirib.
Həmçinin Kremlin rəsmi nümayəndəsi qeyd edib ki, avropalılar və amerikalılar indi anlamağa başlayıblar ki, Kiyevi dəstəkləmək üçün ayrılan pulun əhəmiyyətli hissəsi oğurlanır.