Putin: Bu, nüvə silahından istifadənin vacibliyini...
"Biz nüvə doktrinasını sərtləşdirmirik. Biz onu təkmilləşdiririk".
meqale.com Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Vladimir Putin Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının iclasında çıxışı zamanı deyib.
"Ümumiyyətlə, indi biz nüvə doktrinasını deyil, "Oreşnik"i təkmilləşdirməliyik. Oreşnik"in kifayət qədər olması faktiki olaraq nüvə silahından istifadə zəruriliyini aradan qaldırır", - o qeyd edib.
Putin izah edib ki, bu müasir silah sistemlərinin kifayət qədər olması nüvə silahından istifadəyə ehtiyac olmadığını göstərir. Prezidentin sözlərinə görə, buna görə də Rusiya bütün istiqamətlərdə kifayət qədər ehtiyatlı və hətta təmkinli davranır.