Putin bununla bağlı heç bir açıqlama verməyib - Peskov

Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyi ilə bağlı hələ ki, heç bir açıqlama verməyib.

meqale.com Trend-ə istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Reuters" agentliyinin Putinin 2024-cü ilin mart ayında keçiriləcək seçkilərdə iştirak edəcəyini bildirən nəşrini şərh edərkən deyib.

"Putin bununla bağlı hələ ki, heç bir açıqlama verməyib. Heç rəsmi olaraq kampaniya da hələ başlamayıb", - Kreml nümayəndəsi deyib.

Qeyd edək ki, Rusiyada növbəti prezident seçkilərinin 17 mart 2024-cü il tarixində keçirilməsi planlaşdırılır. Seçkilərin tarixi barədə Federasiya Şurası bu ilin dekabrında rəsmi qərar verəcək.

Qeyd edək ki, Vladimir Putin seçkilərdə namizədliyini hələ ki elan etməyib. O bu barədə qərarını 2023-cü ilin sonunadək elan edəcəyini bildirib.