"Putin mənimlə görüşmək istəyir"
ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin onunla görüşmək istədiyini və hazırda bu görüşə hazırlıq getdiyini bildirib.
meqale.com report-a istinadən xəbər verir ki, Tramp bunu Floridadakı Mar-a-Laqo iqamətgahında həmpartiyalı qubernatorlarla görüşdən əvvəl söyləyib.
Siyasətçi sözügedən görüşün nə vaxt keçiriləcəyini dəqiqləşdirməyib.
"O, görüşmək istəyir və biz bunu təşkil edirik", - Tramp jurnalistlərin suallarını cavablandırarkən bildirib. Siyasətçi həmçinin görüşün harada keçiriləcəyini və prezidentlərə Çin sədri Si Cinpinin qoşula biləcəyinə aydınlıq gətirməyib.