Putin, Monika Beluççi və başqaları üçün 2024-cü il xüsusi ildir, çünki... - FOTO
Əjdaha ilində bir çox tanınmış siyasətçi aktyor, müğənni dünyaya gəlib.
Əjdaha ilində anadan olan tanınmış şəxslər haqqında informasiyanı və onların fotolarını təqdim edir:
Yüzillik müharibənin simvolu olan Janna Dark tarixi mənbələrə görə 6 yanvar 1412-ci ildə anadan olub. Argentinalı inqilabçı, Kuba İnqilabının komandanı və Kuba dövlət xadimi Ernesto Çe Gevara isə 1928-ci il iyunun 14-də anadan olub.
Əfsanəvi döyüş ustası və kino aktyoru Brüs Li 27 noyabr 1940-cı ildə anadan olub.
Rusiya prezidenti Vladimir Putin 7 oktyabr 1952-ci ildə anadan olub. Rusiyalı qarışıq döyüş sənətçisi Həbib Nurməhəmmədov 20 sentyabr 1988-ci ildə anadan olub.
Amerikalı aktyor və rejissor Al Paçino, 25 aprel 1940-ci ildə anadan olub. İspan rəssamı Salvador Dali 1904-cü il mayın 11-də anadan olub.
Məşhur futbolçu, Braziliya millisinin hücumçusu, dünya çempionu Pele 23 oktyabr 1940-cı ildə anadan olub. Amazon.com internet şirkətinin qurucusu Ceff Bezos 12 yanvar 1964-cü ildə anadan olub.