Putin: NATO ölkələri ilə döyüşməkdə marağımız yoxdur

Rusiyanın NATO ölkələrinə qarşı nə heç bir ərazi iddiası, nə də döyüşməkdə marağı yoxdur.

Putin: NATO ölkələri ilə döyüşməkdə marağımız yoxdur
Rusiyanın NATO ölkələrinə qarşı nə heç bir ərazi iddiası, nə də döyüşməkdə marağı yoxdur.

meqale.com report-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Moskva. Kreml. Putin" proqramına müsahibəsində deyib.

Rusiya prezidenti ABŞ lideri Co Baydenin Moskvanın guya NATO-ya hücum edə biləcəyi ilə bağlı açıqlamalarını cəfəngiyyat adlandırıb:

"Bu tam cəfəngiyatdır. Düşünürəm ki, prezident Bayden bunu başa düşür, bu, sadəcə olaraq, Rusiya istiqamətində yanlış siyasətinə haqq qazandırmaq üçün bir ifadədir".