Putin uşaqlıq xatirələrini BÖLÜŞÜB: “Anam məni küncə qoyurdu” - VİDEO
Rusiyanın uşaq və gənclər hərəkatı "Birinci Hərəkat"ın müşahidə şurasının iclasında maraqlı anlar yaşanıb.
meqale.com bizim media-ya istinadla xəbər verir ki, ölkə başçısı Vladimir Putin çıxış edərək uşaqlıq xatirələrini bölüşüb.
"Ailəmizin şəxsi məsələsini açmayacam, amma bir dəfə anam məni cəzalandırmaq üçün küncə qoydu. Heç xatırlamıram hansı səbəbdən amma o gedib-gəlib mənə qəzəbli baxışlarla baxıb "üzr istəyəcəksən, yoxsa yox?" deyə soruşurdu. Təfərrüatlara keçməyəcəm, amma həmin hadisə 1:1 hesablı bərabərliklə bitdi. Sonda anam özü məni küncdən götürüb öpüb qucaqlamağa başladı", - deyə Rusiya lideri qeyd edib.