Putin vasitəçiliyə görə Lukaşenkoya təşəkkür etdi

Rusiya prezidenti Vladimir Putin Avropa ilə məhbus mübadiləsinə vasitəçiliyə görə belaruslu həmkarına təşəkkür edib.

Putin vasitəçiliyə görə Lukaşenkoya təşəkkür etdi
Rusiya prezidenti Vladimir Putin Avropa ilə məhbus mübadiləsinə vasitəçiliyə görə belaruslu həmkarına təşəkkür edib.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə onun mətbuat katibi Dmitri Peskov açıqlama verib.

O deyib ki, Kreml rəhbəri ilə Belarus prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.

Rusiya lideri deyib ki, A. Lukaşenkonun bu istiqamətdəki səylərini yüksək qiymətləndirir.

Qeyd edək ki, bir qədər əvvəl Rusiya ilə Belarus, ABŞ, Almaniya və Sloveniya arasında məhbus mübadiləsi baş tutub.