“Putin Zelenski ilə dialoqa hazırdır”

"Rusiya Prezidenti Vladimir Putin əvvəlkitək ukraynalı həmkarı Volodimir Zelenski ilə dialoqa açıqdır".

“Putin Zelenski ilə dialoqa hazırdır”
"Rusiya Prezidenti Vladimir Putin əvvəlkitək ukraynalı həmkarı Volodimir Zelenski ilə dialoqa açıqdır".

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov Zelenskinin danışıqlarla bağlı açıqlamasına münasibət bildirərkən deyib. 

"Putin bildirib ki, Rusiya qarşımıza qoyduğumuz məqsədlərə nail olmaq üçün istənilən dialoqa açıqdır. Bu niyyətimiz qalmaqdadır", - deyə Peskov qeyd edib.