Putinin xalqa müraciətinin anonsu verildi - sonra isə “texniki xəta” adlandırıldı
Rusiya Prezidenti Vladimir Putin Moskva vilayətinin qubernatoru Andrey Vorobyov, baş nazirin müavini Tatyana Qolikova və səhiyyə naziri Mixail Muraşko ilə danışıb.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Bildirilib ki, məmurlar zərərçəkmişlərə yardımın göstərilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər.
Putin Federal Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, İstintaq Komitəsi və Rusiya Qvardiyasının rəhbərləri ilə də danışıb.
Bununla belə, Dövlət başçısı "Krokus siti holl"a hücumla bağlı rusiyalılara müraciət etməyib. "RİA Novosti" müraciətin anonsunu versə də, sonradan elanı "texniki xəta" adlandırıb.