Putinin yeni avtomobili nümayiş olundu - VİDEO

Rusiya Prezidenti Vladimir Putin inauqurasiya mərasiminə yenilənmiş "Aurus" avtomobili ilə gələcək.

Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
Rusiya Prezidenti Vladimir Putin inauqurasiya mərasiminə yenilənmiş "Aurus" avtomobili ilə gələcək.

meqale.com oxuya istinadən xəbər verir ki, dövlət başçısının yeni avtomobili ilk dəfə "Rossiya-1" telekanalında yayımlanan "Moskva. Kreml. Putin" proqramının efirində nümayiş etdirilib.

Onun yaradıcılarının sözlərinə görə, avtomobilin ön hissəsi dəyişdirilib - optika, radiator barmaqlığı, qabaq bamper, kapot. Qanadlar da dəyişib.

Ümumiyyətlə, avtomobil öz sələfi ilə müqayisədə daha müasir olub. "Aurus"un dizaynı tamamilə yerli mütəxəssislər tərəfindən hazırlanıb.