Putinlə görüşdən əvvəl sərxoş oldu: Onu ancaq ölüm kağızı xilas edəcək!

Oleq Romantsevin rəhbərliyi altında Moskva "Spartak"ı bütün 10 il ərzində Rusiyanın əsas komandası olub. Onun dövründə davamlı olaraq avrokuboklarda çıxış edib, "Real" və "Arsenal"ı məğlub edib, avrokubokların yarımfinalına çıxıb. Futbolçular üçün daxili çempionluğu qazanmaq isə nahara çıxmaq kimi idi.

Putinlə görüşdən əvvəl sərxoş oldu: Onu ancaq ölüm kağızı xilas edəcək!
Oleq Romantsevin rəhbərliyi altında Moskva "Spartak"ı bütün 10 il ərzində Rusiyanın əsas komandası olub. Onun dövründə davamlı olaraq avrokuboklarda çıxış edib, "Real" və "Arsenal"ı məğlub edib, avrokubokların yarımfinalına çıxıb. Futbolçular üçün daxili çempionluğu qazanmaq isə nahara çıxmaq kimi idi.

Təəccüblü deyil ki, çempionluqlardan birindən sonra "Spartak"ı rəsmi Kremlin əsas adamı - Rusiya prezidenti Vladimir Putin qəbul edib. Artıq mövsüm başa çatdıqdan sonra futbolçular istirahətə və kurortlara səfərə hazırlaşırdılar. Lakin oyunçulardan biri Moskvada növbəti "qızıl"ı çox güclü qeyd edərək, həddini aşdı.

Moskva klubunun o vaxtkı baş direktoru Yuri Zavarzin həmin anları belə xatırlayır: "Mənim stolumda köhnə fotoşəkil var. "Spartak" və mən Putinin qəbulundayıq. Şəkildə bir məşhur oyunçu yoxdur. O, Kremlə çatmaylb. Səhər o qədər sərxoş idi ki, saat 6-ya qədər toparlana bilmədi. Vasilkova (red - "Spartak"ın həkimi) əmr verdim: "Onu qaydasına salın!" Amma... Yararsız. - Cərimə etmişdiniz?

- Yox. Həmin vaxt çempionat başa çatmışdı. Və bu insan əslində asan piyan olan biri deyildi.

Həmin hadisə Vasilkovun xatirəsində belə qalıb: "Bu baş verdi. Yadımdadır, hər dəqiqə zənglər olurdu: "Onu ancaq ölüm kağızı xilas edəcək!"

Həm Zavarzin, həm də Vasilkov bu futbolçunun kim olduğunu mətbuata açıqlamaqdan imtina ediblər. Ancaq həmin qəbuldan fotoya baxın... "Spartak"ın və Rusiya futbolunun əfsanələrindən biri olan Yeqor Titovun orada olmadığını aşkar etmək çətin deyil. Klubun o vaxtkı mətbuat katibi Aleksandr Lvov onun yoxluğunu belə izah edib:

"Veronika Titovanın üzündəki narahatlıq və həyəcan asanlıqla hiss olunur. Birincisi, o, qəfil xəstələnən ərinin vəziyyətindən narahatdır. İkincisi, o, indi Yeqor İliçin əvəzinə mükafatı qəbul etməli olacağından həyacanlıdır. Ancaq onun bunu nə qədər inamla etdiyinə görə, əmin ola bilərsiniz ki, "Spartak" etibarlı əllərdədir".

"Birdən xəstələnib" - yaxşı bəhanədir. Əlavə edək ki, "Spartak"ın liderlərindən biri təxminləri təsdiqləyib. Onu da əlavə edək ki, 2001-ci il mövsümündəki uğur Romantsev komandası üçün uzun illər ərzində sonuncu çempionluq olub. Növbəti dəfə 2016/17 mövsümündə "Spartak"a Massimo Karrera "qızıl" qazandırıb.

Publika.az