Putinlə görüşdüyünə görə ÜZR İSTƏDİ
Sitka və Alyaska arxiyepiskopu Aleksi Rusiya prezidenti Vladimir Putinlə Alyaskada görüşdüyü üçün üzr istəyib.
meqale.com xəbər verir ki, arxiyepiskopun açıqlaması Amerikadakı pravoslav kilsəsinin rəsmi saytında yayımlanıb.
O bildirib ki, Putini Ankoric Sammitində dinc qonaqpərvərlik ruhunda qarşılamaqla yaranan qalmaqaldan "dərin təəssüflənir".