Qadın güləşçimiz qızıl medal qazandı
Azərbaycanın qadın güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
meqale.com xəbər verir ki, o, finalda italiyalı Aurora Russoyla qarşılaşıb.
U-20 Avropa və dünya çempionu ünvanına sahib olan rəqib güləşçiylə görüşə daha inamlı başlayan G.Qurbanova ilk hissədə qazandığı 4 xalla qələbəni təmin edib. İkinci hissədə 4:0 hesabı dəyişməyib və 17 yaşlı idmançı debüt etdiyi U-23 Avropa çempionatının qalibi olub.