Qadın keçmiş nazirin üzünə tort atdı - FOTO

Gənc qadın Almaniya Azad Demokrat Partiyasının (FDP) lideri Kristian Lindnerin Qreyfsvaldda seçki kampaniyası zamanı tortla hücum edib.

Qadın keçmiş nazirin üzünə tort atdı - FOTO
Gənc qadın Almaniya Azad Demokrat Partiyasının (FDP) lideri Kristian Lindnerin Qreyfsvaldda seçki kampaniyası zamanı tortla hücum edib.

meqale.com qaynarinfo-ya istinadən xəbər verir ki, tort keçmiş maliyyə nazirinin düz üzünə dəyib. "Nordkurier" qəzetinin yazdığına görə, hadisədən sonra o, çıxışına davam edib: "Mən bu döyüş yaralarını (mübarizənin izlərini) qürurla daşıyıram".

Yerli FDP sözçüsü və hadisə şahidi bunun təraş kremindən hazırlanmış saxta tort olduğunu bildirib. Lindner köpüyü dadıb və çıxışına davam edib.