Qadın körpəsini öldürmək üçün killerə 3 min dollar verdi
ABŞ-də 3 yaşındakı oğlunu öldürmək üçün saxta "muzdlu qatil saytı"ndan killer tutan ana həbs olunub.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu tükürpədici hadisə ABŞ-nin Florida ştatında baş verib.
Belə ki, 18 yaşlı Jasmin Paez adlı qadın saxta "muzdlu qatil saytı"na müraciət edərək 3 yaşlı öldürməsi üçün internet saytın sahibi ilə əlaqəyə keçib.
Saytda oğlunun şəkillərini saxta "killer"ə göndərən ana oğlunun cinayət vaxtı olacağı ünvanı paylaşıb və cinayətin müəyyən tarixə qədər işlənməsini istəyib.
Sayt sahibinin hadisəni polisə məruzə etməsi sayəsində "killer" rolunda ana ilə əlaqəyə keçən dedektivlər qadının oğlunu öldürmələri üçün onlara 3 min dollar ödəniş etməyə razı olduğunu bildiriblər.
IP ünvan üzərindən qadınının yerini təyin edilib və o saxlanılıb. Uşaq isə nəzarətə götürülüb.