"Qadınlar yaşlandıqca daha seksual olurlar"
Cennifer Lopes yaşla gələn gözəlliyi yüksək qiymətləndirir.
meqale.com lente istinadən bildirir ki, "Elle" jurnalının "Hollivudda qadınlar" sayında 54 yaşlı Lopes yaşlı qadınlar üçün mövcud olan artan aktyor rollarına baxışını açıqlayıb.
"İnsanlar anladılar ki, qadınlar yaşlandıqca daha seksual olurlar. Hər şey çox gözəl və cəlbedicidir, təkcə fiziki deyil, həm də daxili... yaşla qazandığınız gözəllik, qazandığınız müdriklik".
O, Hollivudda standartların dəyişdiyini görməkdən məmnun olduğunu və qadınların neçə yaşından asılı olmayaraq dəyərli olduqlarını hiss etdiyini söyləyib: "Hər şey çox dəyişib və düşünürəm ki, bu, məqsədəuyğundur".