Qalant: “Qısa zamanda quru əməliyyatı başlayacaq”

İsrailin müdafiə naziri Yoav Qalant qoşunların tezliklə Qəzza sektoruna daxil olacağını açıqlayıb.

Qalant: “Qısa zamanda quru əməliyyatı başlayacaq”
İsrailin müdafiə naziri Yoav Qalant qoşunların tezliklə Qəzza sektoruna daxil olacağını açıqlayıb.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "The Times of Israel"ə məlumat yayıb.

"Hələlik Qəzzanı uzaqdan görürsünüz, amma tezliklə onu içəridən görəcəksiniz. Bu əmr gələcək", - nazir Qəzza sektoru ilə sərhəddəki İsrail hərbi mövqelərinə səfəri zamanı deyib.

Öz növbəsində, İsrail Müdafiə Ordusunun Cənub Hərbi Dairəsinin komandanı general-mayor Yaron Finkelman Qəzza zolağına qurudan hücumun çətin, uzun və gərgin olacağını bildirib.