Qalata qülləsi təmirə bağlanır - SƏBƏB

Türkiyənin məşhur Qalata qülləsi zəlzələyə qarşı gücləndirmə və çöl təmir işləri ilə əlaqədar fevralın 23-dən etibarən bir ay müddətinə ziyarətçilərin üzünə bağlı olacaq.

meqale.com baku.ws-ə istinadən bildirir ki, qüllənin 8-ci mərtəbəsi 2023-cü ilin noyabr ayında dam örtüyünün təmiri ilə əlaqədar ziyarətçilərə bağlanıb.

Proses zamanı qüllənin son hissəsinin konservasiyası başa çatdırılıb və dünən yerinə qoyulub. Georadar tədqiqatları binanın əsas divarlarında və döşəməsində aparılıb.

Müəyyən edilmiş detallara uyğun olaraq qüllənin xarici görünüşü də təmir olunacaq.

Bərpa işləri zamanı qüllənin əsas divarlarındakı 400-ə yaxın köçəri quş yuvası zədələnməyəcək.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun