"Qalatasaray" canlı əfsanə üçün danışıqlara başlayacaq - FOTO

"Qalatasaray" canlı əfsanəni transfer etməkçün rəsmi danışıqlara başlayacaq.

"Qalatasaray" canlı əfsanəni transfer etməkçün rəsmi danışıqlara başlayacaq.

meqale.com xəbər verir ki,rəhbərlik Lionel Messini icarəyə götürmək istəyir.

Onların planı ABŞ liqasının (MLS) mövsümünün fasiləsi zamanı argentinalı futbolçunu icarə əsasında heyətə qatmaqdır.

Xəbərlərə görə, İstanbul təmsilçisinin rəhbərliyi Messinin bütün maaşını ödəməyə hazırdır və klub skautları artıq bir neçə aydır onun vəziyyətini yaxından izləyir.

Əgər bu transfer baş tutarsa, bu, Türkiyə futbol tarixinin ən sensasiyalı keçidi ola bilər.

Bu günlərdə isə klub prezidenti Dursun Özbekin 10 il əvvəlki sözü xatırlandı. O, həmin vaxt: "geridə Neymar və Messi qaldı" - deyə bildirmişdi. (Offsideplus.az)