"Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi türk olmayacaq
Türkiyə Superliqasının XXV turunda keçiriləcək "Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi əcnəbi olacaq.
meqale.com xəbər verir ki, bu barədə ölkənin "Sabah" nəşri iddia irəli sürüb.
Qərarın qarşıdakı günlərdə açıqlanacağı bildirilib.
Hakimlər Komitəsinin Türkiyə Futbol Federasiyasının dəstəyi ilə bu qarşılaşma üçün əcnəbi hakimlərə müsbət yanaşdığı yazılıb.