Qalatasaray İlkay Gündoğandan sonra Hakan Çalhanoğlunu da gətirir
Türkiyənin nəhəng klublarından Qalatasaray, İlkay Gündoğan transferini rəsmiləşdirdikdən sonra indi də ulduz futbolçu Hakan Çalhanoğlunu heyətinə qatmağa çox yaxındır. Sarı-qırmızılılar milli oyunçu ilə artıq razılıq əldə edib, indi isə onun klubu "İnter" ilə aparılan danışıqlarda sona yaxınlaşıb.
Türkiyə mediasının məlumatına görə, Qalatasaray Hakan Çalhanoğlu ilə anlaşmanı tamamlasa da, "İnter" ilə aparılan transfer müzakirələrində də ortaq məxrəcə gəlmək üzrədir. Bildirilir ki, tərəflər razılaşmaya çox yaxınlaşıb və transferin qısa zamanda yekunlaşması gözlənilir.