"Qalatasaray" rəhbərliyi İkardiyə qəzəbləndi
"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi ilə bağlı sərt tədbirlər görüləcək.
meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Com-bom" mətbuatda və məhkəmədə yayılan qalmaqallardan sonra hücumçusuna qarşı mövqeyini dəyişib.
İkardiyə bundan sonra Argentinaya getmək və ya ailəvi problemləri ilə bağlı danışmaq qadağan olunub.