Qalkin Puqaçovanın yerini AÇIQLADI

Rusiyalı komediya ustası və teleaparıcı Maksim Qalkin həyat yoldaşı, müğənni Alla Puqaçova ilə Baltikyanı ölkələrdə fotosunu dərc edib. 

Qalkin Puqaçovanın yerini AÇIQLADI
Rusiyalı komediya ustası və teleaparıcı Maksim Qalkin həyat yoldaşı, müğənni Alla Puqaçova ilə Baltikyanı ölkələrdə fotosunu dərc edib. 

meqale.com lente istinadən bildirir ki, şəkil onun İnstaqram səhifəsində yerləşdirilib.

Noyabrın 4-də komediyaçı fotonun altına yazıb: "Bu gün Siquldada nə günəşli bazar günüdür".

Üstəlik, elə həmin gün Tverdə Puqaçovanın maşını görünüb. O, noyabrın 2-də Rusiyaya qayıdıb. Sənətçi ölkəyə Pskov vilayətindəki sərhəd keçidindən daxil olub.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Alla Puqaçovanın geri qayıtmasını şərh edərkən deyib ki, qanuna tabe olan istənilən rus öz vətənini sərbəst tərk edə və istədiyi vaxt geri qayıda bilər.