Qallant: “HƏMAS yaraqlılarının iki yolu var: ya təslim olmaq, ya da öldürülmək”
"Qətərdə HƏMAS liderləri dəbdəbəli həyat sürərkən, Qəzzadakı terror qruplaşmasının komandirləri ölür və minlərlə adam təslim olur".
meqale.com report.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant bildirib.
Nazir vurğulayıb ki, bu müharibəni xalla başa vurmaq olmaz, yalnız nokautla:
"Sonda müharibənin nəticəsi tam aydın olacaq. HƏMAS yaraqlıları bilməlidir ki, onların iki yolu var - ya təslim olmaq, ya da öldürülmək, üçüncü variant yoxdur. Deməli, bu İsrail ordusunun missiyasıdır".