“Qarabağ” 10 nəfərlə “Neftçi”ni məğlub etdi - FOTO

21:10 meqale.com xəbər verir ki, matçın 22-ci dəqiqəsindən azlıqda qalan Qurban Qurbanovun komandası bu oyunda 1:0 hesablı qələbə qazanıb.

“Qarabağ” 10 nəfərlə “Neftçi”ni məğlub etdi - FOTO
21:10 meqale.com xəbər verir ki, matçın 22-ci dəqiqəsindən azlıqda qalan Qurban Qurbanovun komandası bu oyunda 1:0 hesablı qələbə qazanıb.

Yeganə qolu matçın 87-ci dəqiqəsində penaltidən Marko Yankoviç vurub.

--------- 18:53 "Turan Tovuz" Misli Premyer Liqasında "Araz-Naxçıvan"ı məğlub edib.

meqale.com-ın məlumatına görə, XXIII turun Tovuz şəhər stadionunda baş tutan oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

47-ci dəqiqədə Naxçıvan təmsilçisinin heyətində İqor Ribeyro qırmızı vərəqə alıb. 86-cı dəqiqədə Hayderson Hurtado qalibiyyət qoluna imza atıb.

Bu nəticədən sonra "Araz-Naxçıvan" 44 xalla ikinci, "Turan Tovuz" 39 xalla 4-cü pillədə qərarlaşıb.

Günün ikinci görüşündə "Qarabağ" "Neftçi"nin qonağı olacaq. Ötən gün "Zirə" səfərdə "Sumqayıt"ı üç cavabsız qolla məğlub edib. Tura fevralın 17-də yekun vurulacaq.

-------- 09:42 Misli Premyer Liqasının XXIII turunda bu gün "Neftçi" "Qarabağ"ı qəbul edəcək.

meqale.com-ın məlumatına görə, qarşılaşma saat 19:00-da start götürəcək.

Matçın baş hakimi Rəvan Həmzəzadə olacaq. Ağdam təmsilçisi 53 xalla liderdir. "Ağ-qaralar" 24 xalla 6-cı pillədə qərarlaşıb.

Günün ilk oyununda "Turan Tovuz" "Araz-Naxçıvan"la üz-üzə gələcək. Görüş saat 16:00-da başlayacaq. Matçı FIFA referisi Əliyar Ağayev idarə edəcək. Meydan sahibləri 36 xalla 4-cü, Naxçıvan klubu 44 xalla 2-ci sıradadır.

Misli Premyer Liqası III dövrə, XXIII tur 16 fevral 16:00. "Turan Tovuz" - "Araz-Naxçıvan" Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov. VAR: Rauf Cabarov. AVAR: Rahil Ramazanov. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Seymur Səlimli. Tovuz şəhər stadionu

19:00. "Neftçi" - "Qarabağ" Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Fərid Hacıyev. VAR: Nicat İsmayıllı. AVAR: Elşad Abdullayev. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Erkin Hüseynov. "Neftçi Arena"

Qeyd edək ki, ötən gün "Zirə" səfərdə "Sumqayıt"ı üç cavabsız qolla məğlub edib. Tura fevralın 17-də yekun vurulacaq.