“Qarabağ”a görə Bakı metrosunun iş rejimi dəyişir

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən "Qarabağ"ın növbəti oyunu ilə əlaqədar dekabrın 14-dən 15-nə keçən gecə Bakı Metropoliteni QSC-nin iş rejimində dəyişikliklər ediləcək.

meqale.com xəbər verir ki, bu barədə Axar.az-a Ağdam klubunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, İsveç klubu "Hakken"ə qarşı keçiriləcək görüşlə bağlı Bakı Metropoliteni QSC-yə edilən müraciət müsbət cavablandırılıb. Qurum bunu nəzərə alaraq, matç günü metronun iş vaxtını gecə 1 saat uzadacaq. Gecə saatlarında arenadan çıxaraq metropolitenə daxil olacaq sərnişinlər üçün stansiyalar saat 01:00-a qədər girişə açıq olacaq.