“Qarabağ”a qol vuran “Braqa”lının istəyi

Poruqaliya millisi və "Braqa"nın əsas simalarından olan Joau Moutinyu "Braqa" ilə müqaviləsini uzatmaq istəyir.

“Qarabağ”a qol vuran “Braqa”lının  istəyi
Poruqaliya millisi və "Braqa"nın əsas simalarından olan Joau Moutinyu "Braqa" ilə müqaviləsini uzatmaq istəyir.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki,  "Portu"dan təklif alan 38 yaşlı yarımmüdafiəçi komandanı tərk etməyi planlaşdırmır.

O bildirib ki, "Braqa"da xoşbəxtdir: "Hazırda bütün diqqətimi komandama yönəltmişəm. Sakitəm, işimi görürəm. Özümü yaxşı hiss etdiyim klubda yeni müqavilə üçün danışıqlar lazımdırsa, qapı açıqdır. Burda yaxşıyam və özümü yaxşı hiss edirəm".

Qeyd edək ki, Moutinyu "Braqa"ya "Vulverhempton"dan transfer olunub. Yarımmüdafiəçi Avropa Liqasında "Braqa"nın "Qarabağa" 2:4 hesabı ilə uduzduğu matçda 2-ci qolun müəllifi olub.