“Qarabağ”a qol vuran futbolçu “Liverpul”a keçir

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Bayer"in futbolçusu Florian Virts karyerasını İngiltərədə davam etdirə bilər.

“Qarabağ”a qol vuran futbolçu “Liverpul”a keçir
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Bayer"in futbolçusu Florian Virts karyerasını İngiltərədə davam etdirə bilər.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçinin xidmətində "Liverpul" maraqlıdır. Bu barədə "Daily Star" nəşri məlumat yayıb.

Premyer Liqa təmsilçisi gənc vinger üçün qışda Almaniya klubuna rəsmi təklif göndərəcək.

Florian Virts "Bayer"in "Qarabağ"ı 5:1 hesabı ilə məğlub etdiyi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalmışdı.