“Qarabağ” avrokuboklarda 200-cü qolu vurub - TƏHLİL
"Qarabağ" avrokuboklarda 200-cü qolu vurub.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, Ağdam klubunun yubileyi Avropa Liqasının pley-off mərhələsinə təsadüf edib.
Premyer Liqanın çempionu "Braqa" ilə görüşdə yubiley qeyd edib. "Qarabağ" Avropada ən çox qol vuran Azərbaycan klubudur.
Juninyodan tarixi qol Təmsilçimizin hesabında "Braqa" ilə Portuqaliyada baş tutan ilk görüşə qədər hesabında 197 qol var idi. 4:2 hesabı ilə qalib gələn "Qarabağ" bu rəqəmi artıq 201-ə çatdırıb. Yubiley xarakteri daşıyan top isə komandanın matçdakı 3-cü qolu olub. Buna Olavio Juninyo imza atıb. Premyer Liqanın bombardiri 65-ci dəqiqədə portuqaliyalıları məyus edib.