“Qarabağ” “Barselona” və “Milan”da oynamış futbolçunu istəyir - FOTO
"Qarabağ" heyətini xorvatiyalı futbolçu ilə gücləndirməyi planlaşdırır.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "OneFootball" nəşri məlumat yayıb.
Bildirilib ki, Ağdam təmsilçisi "Barselona"nın sabiq üzvü Alen Haliloviçlə maraqlanır. Hazırda tərəflər arasında danışıqlar gedir.
A.Haliloviç hazırda müqavilə ilə Niderlandın "Fortuna"(Sittard) klubuna məxsusdur.