“Qarabağ” – “Braqa” oyununun hakimləri açıqlandı

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Braqa" matçının təyinatları açıqlanıb.

“Qarabağ” – “Braqa” oyununun hakimləri açıqlandı
Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Braqa" matçının təyinatları açıqlanıb.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, qarşılaşmanı Bolqarıstandan olan hakimlər idarə edəcək.

Görüşün baş hakimi Georgi Kabakov olacaq. Ona Martin Marqaritov və Diyan Valkov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Nikola Popov yerinə yetirəcək. Matçda VAR İvaylo Stoyanov, AVAR isə Draqomir Draqanov olacaq. Görüşdə hakim-inspektor vəzifəsini Petteri Kari (Finlandiya) icra edəcək.