“Qarabağ” ÇL-də ən böyük uğursuzluğa imza atıb

"Qarabağ" Çempionlar Liqasının 2023/24 mövsümündə çıxışını başa vurub.

“Qarabağ” ÇL-də ən böyük uğursuzluğa imza atıb
"Qarabağ" Çempionlar Liqasının 2023/24 mövsümündə çıxışını başa vurub.

meqale.com apasport.az-a istinadən xəbər verir ki. II təsnifat mərhələsində Polşa çempionu "Rakuv"la üz-üzə gələn Qurban Qurbanovun yetirmələri bu səddi keçə bilməyib.

Səfərdə 2:3 hesabı ilə uduzan ağdamlılar evdə heç-heçə ilə kifayətlənib - 1:1. Bununla da "Qarabağ" Çempionlar Liqası tarixində ən böyük uğursuzluğunu yaşayıb.

9-cu dəfə Avropanın ən nüfuzlu klub turnirində qüvvəsini sınayan Ağdam təmsilçisi ilk dəfə mübarizəni belə erkən dayandırıb. Əvvəlki 8 cəhdin hamısında II təsnifat mərhələsi keçilmişdisə, bu dəfə Qurbanov və komandası azarkeşlərinə məyusluq yaşadıb.

Qeyd edək ki. "Qarabağ" Çempionlar Liqası ilə bir dəfə qrupda, bir dəfə pley-offda, altı dəfə III təsnifat mərhələsində vidalaşıb.

2014/15 - III təsnifat mərhələsi 2015/16 - III təsnifat mərhələsi 2016/17 - III təsnifat mərhələsi 2017/18 - qrup mərhələsi 2018/19 - III təsnifat mərhələsi 2019/20 - III təsnifat mərhələsi 2020/21 - III təsnifat mərhələsi 2022/23 - pley-off mərhələsi 2023/24 - II təsnifat mərhələsi