"Qarabağ" "Dinamo"nu keçsə, futbolçular bu qədər mükafat alacaqlar - MƏBLƏĞ
"Qarabağ" bu gün Çempionlar Liqasının pley-off mərhələsində "Dinamo" ilə cavab oyununa çıxacaq. Xorvatiya təmsilçisi ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın start fiti saat 20:45-də səsləndiriləcək. Tərəflər arasında Zaqrebdə baş tutan ilk görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Aydın məsələdir ki, Azərbaycan çempionunu bu axşam gərgin duel gözləyir. "Köhlən atlar"ın qrup mərhələsinə vəsiqə qazanmaq şansları yüksək qiymətləndirilmir. Amma bu ehtimal var. Necə deyərlər, ümid sonda ölür.
Ağdam təmsilçisinin güclü rəqibindən revanş almaq istəyəcəyi şübhə doğurmur. Bunun üçün əllərindən və ayaqlarından gələni meydanda sərgiləməyə çalışacaqlar.