"Qarabağ" futbolçusu ilə yollarını ayırdı - FOTO

"Qarabağ" FK Rüstəm Əhmədzadə ilə yollarını ayırıb.

"Qarabağ" FK Rüstəm Əhmədzadə ilə yollarını ayırıb.

meqale.com xəbər verir ki, bu barədə "Qarabağ" FK məlumat yayıb.

Bildirilib ki, son üç mövsümdə icarə əsasında "Zirə"də çıxış edən 24 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2022-ci ilin yanvarında "Qarabağ"a keçən Rüstəm komandanın heyətində Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub.