"Qarabağ"ın bəyənmədiyi futbolçunu alman klubu ALDI

"Qarabağ"ın keçmiş futbolçusu Adama Diakabinin yeni klubu bəlli olub.

"Qarabağ"ın keçmiş futbolçusu Adama Diakabinin yeni klubu bəlli olub.

meqale.com xəbər verir ki, o, karyerasını Almaniyada davam etdirəcək.

Fransalı "Valdhof Manhaym" klubu ilə birillik müqavilə bağlayıb.

29 yaşlı oyunçu Almaniya 3-cü Bundesliqasında top qovacaq.

Qeyd edək ki, Diakabi 2023-2024-ci illərdə "Qarabağ"ın şərəfini qoruyub. Bundan əlavə, o, "Renn", "Monako", "Haddersfild", "Amyen", "Bandırmaspor" kimi klublarda da forma şansı tapıb.