“Qarabağ”ın Konfrans Liqasında potensial rəqibləri müəyyənləşib
"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
meqale.com bildirir ki, Azərbaycan çempionunun UEFA Avropa Liqasında HİK-lə (Finlandiya) təşkil etdiyi cütün məğlubu mübarizəni üçüncü dərəcəli turnirdə davam etdirəcək.
"Qarabağ" - HİK cütünün məğlubu Konfrans Liqasında "Farul" (Rumıniya) - "Flora" (Estoniya) cütünün qalibi ilə oynayacaq.
"Qarabağ"ın yer aldığı cütlüyün məğlubu ilk matçını səfərdə keçirəcək.
Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin oyunları avqustun 24-də və 31-də baş tutacaq.