“Qarabağ”ın rəqibi “Qalatasaray”a keçəcək?

"Qalatasaray" heyətini "Molde"nin futbolçusu ilə gücləndirmək istəyir.

“Qarabağ”ın rəqibi “Qalatasaray”a keçəcək?
"Qalatasaray" heyətini "Molde"nin futbolçusu ilə gücləndirmək istəyir.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, istanbullular yarımmüdafiəçi Emil Breyviki transfer etmək niyyətindədir.

Futbolçunun meneceri Cim Solbakken Türkiyədə səfərdədir. O, qardaş ölkə mediasına müsahibəsində konkret hansı komanda ilə danışıqlar getdiyini gizlədib.

Norveçli futbolçu ilə "Trabzonspor"un da maraqlandığı iddia olunur.

Qeyd edək ki, Avropa Liqasında "Molde"nin "Qarabağ"a qarşı səfər oyununda Emil Breyvik 90 dəqiqə meydanda olub.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun