"Qarabağ" "Şelburn"u darmadağın edib - yenilənib - VİDEO
00:38
Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununu keçirib.
meqale.com xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv İrlandiyada "Şelburn"un qonağı olub.
Qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Bakıda keçiriləcək.
--------- 00:29 "Qarabağ" 84-cü dəqiqədə 3-cü qolunu vurur. Nəriman Axundzadə adını tabloya yazdırır.
--------- 00:26 "Qarabağ" hesab arasındakı fərqi artırır. 81-ci dəqiqədə Aleksey Kaşuk fərqlənir.
------- 23:32 UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Şelburn" (İrlandiya) - "Qarabağ" maçtında ilk hissə başa çatıb.
"Report" xəbər verir ki, Dublindəki "Tolka Park" stadionunda keçirilən görüşdə Ağdam klubu fasiləyə 1:0 hesabı ilə öndə yollanıb.
Qarşılaşmanın 13-cü dəqiqəsində Leandro Andrade rəqib qapısına yol tapıb.
----------- 22:46 UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Şelburn" - "Qarabağ" matçı start götürüb.