"Qarabağ" "Sumqayıt"ı darmadağın etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start verilib.

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start verilib.

meqale.com xəbər verir ki, açılış oyununda "Qarabağ" "Sumqayıt"ı qəbul edib.

"Azersun Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 5:0 hesablı qələbəsi ilə bitib.

Qolları 22 və 27-ci dəqiqədə Olavio Juninyo, 42-ci dəqiqədə penaltidən Toral Bayramov, 44-cü dəqiqədə Leandro Andrade, 49-cu dəqiqədə Abdullah Zubir vurub.

Xallarının sayını 16-ya çatdıran "köhlən atlar" lider "Zirə"yə çatıb. "Gənclik şəhəri" təmsilçisi hələlik 8 xalla 7-ci sıradadır.

Qeyd edək ki, turun digər matçları 30 sentyabr və 1 oktyabrda keçiriləcək.